Xəzər Xəbər

ETSN: Son vaxtlar 196 min turist Milli Parklara səfər edib

İqtisadiyyat | 11:38 • 4 May 2018
ETSN: Son vaxtlar 196 min turist Milli Parklara səfər edib

"Son 10 il ərzində aparılan mühafizə tədbirləri nəticəsində Şirvan Milli Parkında ceyranların sayı 7 minə çatdırılıb. Turistlər Şirvan Milli Parkında ceyranları yaxından müşahidə edə bilirlər".


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

O bildirib ki, Azərbaycanın hər bir təbiət ərazisinə səfər etmək olar: "Azərbaycanın 10,3 faiz ərazisi mühafizə altındadır. Bunlardan 3 faizi Milli Parkların ərazisinə düşür. Milli parklar ekoturizm üçün xammaldır. Son dövrlər milli parklara səfər edən turistlərin sayı da artıb. Son dövrlər 196 min turist Milli Parklara səfər edib".


H. Əlizadə qeyd edib ki, Hirkan Milli Parkında bəbir məskunlaşıb: "Hətta ötən il bəbirin Hirkan Milli Parkında balalaması qeydə alınıb". (APA)

Xəbər lenti