Xəzər Xəbər

Yerli icra hakimiyyəti orqanlarının avtomobil yollarının tikintisi sahəsində səlahiyyəti ləğv edilib

İqtisadiyyat | 09:21 • 4 May 2018
Yerli icra hakimiyyəti orqanlarının avtomobil yollarının tikintisi sahəsində səlahiyyəti ləğv edilib

"Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişikliklər edilib.

Bu barədə qərarı Novruz Məmmədov imzalayıb.

Qərara görə, yerli icra hakimiyyəti orqanları bu siyahıdan çıxarılıb.

Bu işlər, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetiriləcək.

Xəbər lenti