Xəzər Xəbər

İran və Azərbaycan turizm üzrə birgə texniki komitə yarada bilər

İqtisadiyyat | 15:12 • 3 May 2018
İran və Azərbaycan turizm üzrə birgə texniki komitə yarada bilər

"İran və Azərbaycan turizm üzrə birgə texniki komitə təşkil edir". Bunu İranın mədəni irs və turizm təşkilatının sədr müavini Məhəmməd Mühib Xudayi APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında bildirib.

M.M.Xudayi deyib ki, müştərək komitə iki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılacaq. "Müştərək komitə İranin Mədəni İrs və Turizm Təşkilati ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsini inkişaf etdirmək məqsədilə təşkil olunub. İki ölkə arasında bunun üçün geniş potensial var.”

O deyib ki, iki ölkənin sərhəd zonalarında yerləşən bölgələr mədəni və tarixi baxımdan bir-birinə çox yaxındır: "Biz müştərək potensiallarımız üzərində işləmək üçün proqram hazırlamışıq. Bu proqram turizm, ziyarət və müalicə məqsədi ilə qarşılıqlı səfərlərin təşkilini nəzərdə tutur. Azərbaycanda soyuq aylarda turistlərin İranın isti cənub bölgəsinə turların təşkili məsələsi haqqında danışıqlar aparmağı düşünürük”.

Xəbər lenti