Xəzər Xəbər

Çinin təbii qaz tələbatı 10 faiz artıb

İqtisadiyyat | 11:49 • 3 May 2018
Çinin təbii qaz tələbatı 10 faiz artıb

Bu ilin ilk rübündə Çinin təbii qaz tələbatı 10 faiz artıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çin Milli Enerji İdarəsinin (NEA) məlumatında deyilir. Bildirilir ki, 2018-ci ilin birinci rübündə Çinin təbii qaz tələbatı keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 71,2 milyard kubmetr olub.


Birinci rübdə yerli qaz tələbatı isə əvvəlki illə müqayisədə 23 faiz çoxalıb.


Qeyd edək ki, Çin hökuməti karbon emissiyalarını azaltmaq üçün kömürdən təbii qaza keçidi təşviq edir.

Xəbər lenti