Xəzər Xəbər

Bakının bir hissəsində su olmayacaq

İqtisadiyyat | 18:18 • 1 May 2018
Bakının bir hissəsində su olmayacaq

Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar mayın 2-də gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə xezerxeber.az-a "Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti