Xəzər Xəbər

Neftimizin qiyməti 76 dollara çatır

İqtisadiyyat | 10:30 • 27 Aprel 2018
Neftimizin qiyməti 76 dollara çatır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,95 dollar bahalaşaraq 75,71 dollar olub.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 74,49 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar azalaraq 67,99 dollar təşkil edib.

Xəbər lenti