Xəzər Xəbər

Yüksək Texnologiyalar Parkında müdafiə sənayesi ilə bağlı yeniliklər olacaq

İqtisadiyyat | 13:50 • 25 Aprel 2018
Yüksək Texnologiyalar Parkında müdafiə sənayesi ilə bağlı yeniliklər olacaq

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının infrastrukturu yaradılmaqdadır".


Xezerxeber.az-ın xəbərinə görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

AMEA prezidenti YTP-də müdafiə sənayesi və biznes sahələri üzrə yeniliklərin olacağını bildirib.

Akademik qeyd edib ki, YTP-nin özünəməxsus infrastrukturu, marketinqi, reklamı olmalıdır: "Artıq Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq etmək istəyən yerli və əcnəbi biznesmenlər bizə müraciət edirlər. Parkda "Made in Azerbaijan" brendi ilə məhsullar da hazırlanacaq. Lakin indi bunu bizdən tələb etmək çox tezdir. Yüksək Texnologiyalar Parkında inkişafa nail olmaq və "Made in Azerbaijan" brendi ilə beynəlxalq aləmə çıxmaq əsas niyyətimizdir".

Xəbər lenti