B. Albayraq Almaniyanın
"Frankfurter Allegemeine Zeitung" qəzetinə müsahibəsində deyib ki, həm
alternativ qaz mənbəyi olması, həm də bölgədə qaz satışında rəqabət
yaratması səbəbindən TANAP və TAP Avropa üçün çox önəmlidir.
B. Albayraq bildirib ki, Avropa illərlə NABUCCO layihəsi barədə danışsa
da, həyata keçirə bilməyib: "Ancaq Azərbaycan və Türkiyənin iştirakı və
rəhbərliyi ilə Avropa üçün bu qədər önəmli bir layihə həyata keçirilə
bildi. Bu kəmərlə gələcəkdə başqa ölkələrin də qaz resurslar nəql oluna
bilər. Dünyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün qaz ixrac
edən və tranzit ölkələrdə sabitliyin, əməkdaşlığın genişlənməsinin
əhəmiyyəti ortaya qoyması, o cümlədən potensial layihələrə nümunə olması
baxımından TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndirə bilərik. Bu
layihə həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu
ortaya qoyur".