Xəzər Xəbər

Martda OPEC+ sazişinə 145 faiz əməl edilib

İqtisadiyyat | 15:30 • 20 Aprel 2018
Martda OPEC+ sazişinə 145 faiz əməl edilib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə (OPEC+) əldə edilən neft hasilatının azaldılmasına dair sazişə mart ayında 145 faiz əməl olunub.


AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 20-də Ciddədə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih deyib.


"OPEC və qeyri-OPEC ölkələri mart ayında neft hasilatının azaldılmasına dair sazişə 145 faiz əməl edib. Hazırda ən vacib məsələ neftin qiymətini müəyyən hədəfə çatdırmaq yox, bu sektora investisiyaları artırmaqdır. Mövcud əməkdaşlıqdan savayı OPEC və qeyri-OPEC əməkdaşlığı daha da gücləndirilməlidir. Bazarın etibarlığını bərpa etmək əsas vəzifələrdəndir”, – deyə səudiyyəli nazir qeyd edib.

Xəbər lenti