Xəzər Xəbər

Əmanətlərin Sığortalanması Fondu "Qafqaz İnkişaf Bankı"nın kreditorlarına müraciət edib

İqtisadiyyat | 10:14 • 20 Aprel 2018
Əmanətlərin Sığortalanması Fondu "Qafqaz İnkişaf Bankı"nın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin kreditorlarına müraciət edib.


Fonddan xezerxeber.az-a verilən xəbərə görə, kreditorların diqqətinə çatdırılır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 aprel 2018-ci il tarixdən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.

Xəbər lenti