Xəzər Xəbər

Gürcüstandan Azərbaycana avtomobil idxalı 6 dəfəyə yaxın artıb

İqtisadiyyat | 11:38 • 19 Aprel 2018
Gürcüstandan Azərbaycana avtomobil idxalı 6 dəfəyə yaxın artıb

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstandan 1 380 ədəd avtomobil idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövründə idxal olunmuş avtomobillərin sayından 5,9 dəfə çoxdur.

Qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 25 mln. 293,5 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 4 dəfədən çox olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin ümumi həcmi 270 mln. 209,3 min dollar təşkil edib.

Xəbər lenti

Çox oxunanlar