Xəzər Xəbər

Bu il 15 aqropark istifadəyə veriləcək

İqtisadiyyat | 12:40 • 18 Aprel 2018
Bu il 15 aqropark istifadəyə veriləcək
Bu il Azərbaycanda 15 aqropark istifadəyə veriləcək.


Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, Respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması sürətlə davam etdirilir.

"Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına dövlətin 107,6 milyon manatdan çox güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 556,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib", - deyə icraçı direktor vurğulayıb.

Ş.Abdullayev qeyd edib ki, 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 26 aqroparkda tikinti-quraşdırma, 16 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək.

Xəbər lenti