Xəzər Xəbər

I rübdə Azərbaycanda 59 minik avtomobili istehsal edilib

İqtisadiyyat | 16:02 • 17 Aprel 2018
I rübdə Azərbaycanda 59 minik avtomobili istehsal edilib

Bu ilin I rübündə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 60,1 mln. manatlıq məhsul istehsal edilib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,2% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,1% azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 459 ədəd traktor, 59 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 5,1% artıb.

Xəbər lenti