Xəzər Xəbər

I rübdə Azərbaycanda iqtisadi artım 2,3% olub

İqtisadiyyat | 12:02 • 17 Aprel 2018
I rübdə Azərbaycanda iqtisadi artım 2,3% olub

2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3% artaraq 17 mlrd. 185,1 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib.

İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6%, digər xidmət sahələrində 1,3% artıb, tikintidə isə 11,2% azalıb.

2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9%, neft sektorunda isə 1,5% artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabər olub.

Xəbər lenti

Çox oxunanlar