Xəzər Xəbər

İngilis funt sterlinqi kəskin bahalaşıb

İqtisadiyyat | 10:00 • 17 Aprel 2018
İngilis funt sterlinqi kəskin bahalaşıb

Qlobal maliyyə bazarında ingilis funt sterlinqi ABŞ dolları qarşısında kəskin bahalaşıb.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda USD/GBP nisbəti 1,43-1,44 arasında dəyişir ki, bu da Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı 2016-cı ilin iyun ayında keçirilmiş referendumdan ("Brexit") sonra ən yüksək həddir.

Ekspertlər funt-sterlinqin bahalaşmasını aşağıdakı gözləntilərlə izah edir:

- Britaniya hakimiyyəti "Brexit”in yekunu üzrə Avropa İttifaqı ilə daha sərfəli saziş imzalayacaq.

- İngiltərə Bankı (Mərkəzi Bank) uçot dərəcəsini artıracaq.

Xatırladaq ki, bir qədər əvvəl tənzimləyici qurum uçot dərəcəsini 0,5% həddində saxlamağa qərar verib. Bundan başqa, İngiltərə Bankı dövlət istiqrazlarının alış həcmini 435 mlrd. funt sterlinq, korporativ istiqrazların alış həcmini isə 10 mlrd. funt sterlinq səviyyəsində saxlayıb.

Xəbər lenti