Xəzər Xəbər

Bugünkü depozit hərracında tələb təklifi 2,2 dəfə üstələyib

İqtisadiyyat | 12:13 • 16 Aprel 2018
Bugünkü depozit hərracında tələb təklifi 2,2 dəfə üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.


AMB-dən xezerxeber.az-a verilən xəbərə görə, hərracda tələb 783,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 2,2 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Xəbər lenti