Xəzər Xəbər

“Brent”in qiyməti 40 aydan sonra ilk dəfə 73 dollar/barrelə çatır

İqtisadiyyat | 15:19 • 14 Aprel 2018
“Brent”in qiyməti 40 aydan sonra ilk dəfə 73 dollar/barrelə çatır

"Brent”in qiyməti 40 aydan sonra ilk dəfə 73 dollar/barrelə yaxınlaşır.


"Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü il dekabrın 3-dən indiyədək ilk dəfə 73 dollara çatır. "Light” markalı xam neftin bir barrelinin qiyməti isə 67 dolları keçib.


Analitiklərin fikrincə neftin qiymətindəki bahalaşmaya ABŞ-ın Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlaması təsir göstərib.


Hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 72,60 dollara, "Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 67,40 dollara alıcı axtarır. (AZƏRTAC)

Xəbər lenti