Xəzər Xəbər

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

İqtisadiyyat | 13:29 • 14 Aprel 2018
ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il və gələn il üçün neftin qiymətinə dair proqnozunu artırıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə EIA-nın aprel hesabatında deyilir. Bildirilir ki, 2018-ci və 2019-cu illərdə "Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 63 dollar səviyyəsində olacaq. Qeyd edilən dövrdə "Light” markalı xam neftin bir barrelinin orta qiymətinin isə 59 dollar olacağı təxmin edilir.


Qeyd edək ki, EIA mart ayındakı hesabatında 2018-ci il və gələn ildə "Brent” neftinin bir barrelinin orta qiymətinin 62 dollar, "Light”ın bir barrelinin orta qiymətinin 58 dollar olacağını nəzərdə tuturdu.

Xəbər lenti