Xəzər Xəbər

Neft Azərbaycanın ixracının 80 faizini, qaz isə 5 faizini təşkil edir

İqtisadiyyat | 12:09 • 14 Aprel 2018
Neft Azərbaycanın ixracının 80 faizini, qaz isə 5 faizini təşkil edir

2018-ci ilin yanvar-mart aylarında xam neft ixracı Azərbaycanın ümumi ixracının 80,06 faizini, təbii qaz 5,02 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 4,05 faizini təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.


Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə neft ixracı ölkənin ümumi ixracının 76,28 faizini, təbii qaz 10,22 faizini, neft məhsulları 3 faizini təşkil edib.

Xəbər lenti