2018-ci il martın 1-i
vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5
min nəfər olub, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət
sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət
göstərib.
XəzərXəbər Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2
faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,6
faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi
dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,0 faizi tikinti, 4,7
faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki
fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın
digər sahələrində məşğul olublar.
Qeyd olunub ki, 2018-ci ilin
yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin
orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2
faiz artaraq 510,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi,
maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət,
informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı
sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.