Xəzər Xəbər

Bakının bir hissəsində qaz olmayacaq: Qaz kəmərində sızma baş verib

İqtisadiyyat | 12:57 • 13 Aprel 2018
Bakının bir hissəsində qaz olmayacaq:

Bakıda qaz kəmərində qaz sızması yaranıb.

Bu barədə xezerxeber.az-a Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qaz sızması Xətai rayon ərazisindəki orta təzyiqli qaz kəmərində baş verib: "Aşkar olunan qaz sızması nəticəsində bu gün səhər saat 10:00 radələrindən etibarən rayonun Mehmandarov küçəsi və Babək prospektinə qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda kəmərdə sızmanın qarşısının alınması üçün təmir-bərpa işləri görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə qazın verilişi bərpa ediləcək".

Xəbər lenti