Xəzər Xəbər

Azərbaycan kərə yağı idxalını 5% azaldıb

İqtisadiyyat | 11:24 • 13 Aprel 2018
Azərbaycan kərə yağı idxalını 5% azaldıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 20 mln. 692,17 min ABŞ dolları dəyərində 3 479,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.


Bu barədə xezerxeber.az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ilə müqayisədə 197,43 ton və ya 5,37% azdır. Məbləğ baxımından isə illik nisbətdə 7 mln. 187,2 min dollar və ya 53,22% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 13 mln. 504,97 min dollar dəyərində 3 677,31 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında Kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,94%-ni təşkil edib.

Xəbər lenti