Xəzər Xəbər

Neftin qiyməti daha da yüksələcək

İqtisadiyyat | 18:06 • 12 Aprel 2018
Neftin qiyməti daha da yüksələcək

Neftə olan qlobal tələb ötən illə müqayisədə gündəlik 1 milyon 630 min barel artaraq gündəlik 98 milyon 700 min barelə yüksələcək.

Bu barədə OPEC-in neft bazarı ilə bağlı proqnozlarında qeyd edilir.

Bildirilir ki, cari ilin dördüncü rübündə dünya üzrə neftə olan tələb gündəlik 100 milyon barel artacaq.

OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı bu il əvvəlki illə müqayisədə gündəlik 1 milyon 700 barel artaraq 59 milyon 610 min barel olacaq.

Xəbər lenti