Xəzər Xəbər

Naxçıvan əhalisinin sayı və maaşı açıqlandı

İqtisadiyyat | 10:14 • 29 Mart 2018
Naxçıvan əhalisinin sayı və maaşı açıqlandı
1 fevral 2018-ci il tarixə olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı bir il öncəyə nisbətdə 3629 nəfər artaraq 453 min 33 nəfər olub.


XəzərXəbər xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bundan əlavə qeyd olunub ki, 2018-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 420,2 manat olub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Xəbər lenti