Xəzər Xəbər

Türkmənistanda IX beynəlxalq qaz konfransı keçiriləcək

İqtisadiyyat | 14:03 • 28 Mart 2018
Türkmənistanda IX beynəlxalq qaz konfransı keçiriləcək

Mayın 23-24-də Xəzərin sahilində yerləşən "Avaza” milli turistik zonasında Türkmənistanın IX beynəlxalq qaz konfransı keçiriləcək.


AZƏRTAC Türkmənistanın dövlət informasiya agentliyinə (TDH) istinadla xəbər verir ki, növbəti qaz forumunda xarici qonaqları ölkənin qaz ehtiyatlarının çox böyük inkişaf potensialı ilə tanış etmək, həmçinin beynəlxalq əməkdaşlığın müxtəlif aspektlərini, milli və regional qaz sənayesinə birbaşa xarici investisiya qoyuluşu imkanlarını müzakirə etmək nəzərdə tutulur.


Konqresdə bu sahəyə aid 200-dən çox şirkətin nümayəndəsinin, həmçinin müxtəlif ölkələrin nazirliklərinin və idarələrinin təmsilçilərinin iştirak edəcəyi ehtimal olunur.


Konqresin təşkilatçıları "Türkmənqaz” Dövlət Konserni və "КНВ Holland” şirkətidir.


Forum çərçivəsində qonaqlar üçün mədəni proqram və Türkmənistanın infrastruktur obyektlərinə biznes-struktur nümayəndələri üçün maraq yarada biləcək tanışlıq səfərləri hazırlanacaq.

Xəbər lenti