Xəzər Xəbər

Qızıl bahalaşıb, neft ucuzlaşıb

İqtisadiyyat | 10:19 • 28 Mart 2018
Qızıl bahalaşıb, neft ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 1,43% - 23 857,71 bəndədək, "S&P 500" 1,73% - 2 612,62 bəndədək, NASDAQ isə 2,93% - 7 008,81 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,62% - 7 000,14 bəndədək, Almaniya DAX-ı 1,56% - 11 970,83 bəndədək, Fransa CAC-40-ı 0,98% - 5 115,74 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar bahalaşaraq 1 349,10 dollara, gümüşün unsiyasının qiyməti 0,01 dollar azalaraq 16,53 dollara satılıb.

***

Dünya birjalarında neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar və ya 0,81% azalaraq 64,72 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,58% ucuzlaşaraq 69,70 dollar təşkil edib.

Xəbər lenti