Xəzər Xəbər

Qızıl ucuzlaşıb, neft bahalaşıb

İqtisadiyyat | 10:27 • 27 Mart 2018
Qızıl ucuzlaşıb, neft bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 2,84% - 24 202,60 bəndədək, "S&P 500" 2,72% - 2 658,55 bəndədək, NASDAQ isə 3,26% - 7 220,54 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,48% - 6 888,69 bəndədək, Almaniya DAX-ı 0,83% - 11 787,26 bəndədək, Fransa CAC-40-ı 0,57% - 5 066,28 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,40 dollar ucuzlaşaraq 1 360,50 dollara, gümüşün unsiyasının qiyməti 0,78 dollar artaraq 16,76 dollara satılıb.

***

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar və ya 0,43% artaraq 65,83 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,24% bahalaşaraq 70,29 dollar təşkil edib.

Xəbər lenti