Xəzər Xəbər

Ötən il balıqların artırılmasına 3114,6 min manat sərf olunub

İqtisadiyyat | 14:34 • 23 Mart 2018
Ötən il balıqların artırılmasına 3114,6 min manat sərf olunub

Ötən il ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat sərf olunub. Həmin vəsaitin 91,8 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,2 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 437,2 milyon ədəd balıq körpələrinin 423,1 milyon ədədi çəkikimilərin, 8,4 milyon ədədi nərəkimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların və 0,2 milyon ədədi qızıl balıqların payına düşüb.


Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton və ya 2016-cı illə müqayisədə 30,5 faiz çox balıq ovlanıb.


Ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşüb.

Xəbər lenti