Xəzər Xəbər

Metallurgiya sənayesində 133,4 milyon manatlıq məhsul istehsal olunub

İqtisadiyyat | 13:57 • 23 Mart 2018
Metallurgiya sənayesində 133,4 milyon manatlıq məhsul istehsal olunub

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində bu ilin yanvar-fevral aylarında 133,4 milyon manatlıq məhsul istehsal olunub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, metallurgiya sənayesində 10,0 faizlik azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 67,0 faiz artım müşahidə olunub.


Həmin dövr ərzində 110,5 ton (2,2 dəfə çox) alüminium çubuqlar, millər və profillər, 2100,4 ton (3,8 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər istehsal edilib.

Xəbər lenti