Xəzər Xəbər

Məhəmməd Barkindo: “Azərbaycanın bu addımı mühüm rol oynayır”

İqtisadiyyat | 16:55 • 19 Mart 2018
Məhəmməd Barkindo:

"Azərbaycan və OPEC arasında sıx əməkdaşlıq mövcuddur”.

Bunu jurnalistlərə açıqlamasında Energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, əməkdaşlıq "OPEC+" formatında həyata keçirilir: "Bu təşəbbüs 2016-cı ilin sonundan başladı. Məqsəd dünyada neftin qiymətinin aşağı düşməsinin qarşısını almaqdır. Əməkdaşlıq çərçivəsində ötən dövr ərzində neftin qiyməti sabit qalıb. Eyni zamanda neft bazarında tarazlaşma baş verib. Bu nailiyyətlər dünyada baş verən iqtisadi proseslərin daha sabit formada həyata keçirilməsidir”.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo isə qeyd edib ki, OPEC və Azərbaycan səmərəli əməkdaşlıq edir: "Azərbaycan neft hasilatının indiki səviyyədə qalması "OPEC+” sazişinin dəstəklənməsində mühüm rol oynayır. Dünya bazarında neft qiymətlərinin dəstəklənməsində OPEC-in Azərbaycanla səmərəli addımları var”.

Xəbər lenti