Xəzər Xəbər

ABŞ-dakı neft-qaz quyularının sayı artıb

İqtisadiyyat | 10:50 • 24 Fevral 2018
ABŞ-dakı neft-qaz quyularının sayı artıb

ABŞ-dakı neft-qaz quyularının sayı artır.


AZƏRTAC "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 3 ədəd artaraq 978 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 224 ədəd çoxalıb.


Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 1 ədəd artaraq 799 ədəd olub. Ölkədəki neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Neft quyularının sayı ardıcıl 5 həftədir ki, artır. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 197 ədəd çoxalıb. Bundan əlavə, son 1 ildə ABŞ-dakı neft quyularının ümumi sayı 34 faizdən çox artıb.


Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı 2 ədəd artaraq 179 ədəd olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 28 ədəd artım göstərib.


Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Xəbər lenti