Xəzər Xəbər

Bakının daha bir yolunda hərəkət məhdudlaşdırılır

İqtisadiyyat | 18:19 • 23 Fevral 2018
Bakının daha bir yolunda hərəkət məhdudlaşdırılır

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti