2018-ci ilin əvvəlindən bu günə qədər 2 ana ölümü hadisəsi baş verib.
Səhiyyə
Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq,
Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova AzVision.az-a bildirib ki, ana ölümlərindən biri Sumqayıt şəhər 2 saylı Doğum evində qeydə alınıb.
"Əslən Şəki
şəhərindən olan hamilə qadın Günel Rəcəbova ürək-damar fəaliyyətinin
çatışmazlığından həyatını itirib. Anadangəlmə ürək qüsuru olan qadının
ilk hamiləliyi olub. 18 yaşında ailə həyatı qurduqdan sonra rayondan
Sumqayıta köçüb. Bütün qohum-əqrəbası rayonda qalıb. Biz valideynlərinə
müraciət edəndə, onlar öz qızları ilə son illər əlaqədə olmadıqlarını
bildiriblər. Ona görə də əvvəldən xəstəliyini bilmək çətin olub. Yalnız
hamilə qalandan və müəssisəyə müraciət edəndən sonra problem üzə çıxıb.
Onun ürək qüsuruna preklamsiya qoşulduğu üçün doğuşayardım tibb
müəssəsinə müraciət edib. Lakin gec mərhələdə gəldiyi üçün həkimlərin
səylərinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ana ölsə də,
uşağı xilas etmək mümkün olub”.
S.Məmmədova bildirib ki, ikinci
ana ölümü Gəncə şəhərində "Yeni Gəncə” adlı özəl klinikada baş verib:
"Nigar Nəsibova adlı qadının üçüncü hamiləliyi olub. Uşaq sağ qalıb.
Həkim səhvi olduğu üçün onlar işdən azad olunublar. Hər iki ana ölümü
Doğuşayardım Komissiyasında təhlil olunub, materiallar təhlil olunub və
buna uyğun cəza tədbirləri görülüb. Müəyyən həkimlər işdən azad olunub,
bəzi həkimlər şiddətli töhmət və xəbərdarlıq alıb. Yerli rəhbərlik bu
istiqamətdə intizam tabe tədbirlərini görüb”.