Xəzər Xəbər

Kriptovalyuta bazarı dəyişdi Bitkoin 10 min dolları keçdi

İqtisadiyyat | 15:53 • 19 Fevral 2018
Kriptovalyuta bazarı dəyişdi

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin son ucuzlaşmadan sonra qiyməti artırmaqda davam edir. Növbəti iki həftə ərzində ekspertlər bitkoinin qiymətinin volatil olacağını bildirir.

Trend-in "CoinMarketCap" portalına istinadən verdiyi məlumata görə, indi bitkoinin qiyməti 2,81 faiz bahalaşaraq 10,89 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar - "Ethereum" 1,46% və ya 947,09 dollaradək, "Ripple" 0,49% (1,14 dollara qədər), "Bitcoin Cash" isə 1,69% (1,527 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 496,59 milyard dollar təşkil edir. Bu göstəricinin 34 faizi bitkoinin payına düşür.

Xəbər lenti