Xəzər Xəbər

Nazir: "TANAP layihəsi üzrə Azərbaycandan Türkiyəyə ilk qaz bu ilin ortalarında çatdırılacaq"

İqtisadiyyat | 17:29 • 15 Fevral 2018
Nazir: "TANAP layihəsi üzrə Azərbaycandan Türkiyəyə ilk qaz bu ilin ortalarında çatdırılacaq"

"Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında ötən il ərzində həyata keçirilən işlər nəzərdən keçirilib və gələcəkdə keçiriləcək işlər müzakirə olunub.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iclas çərçivəsində bir sıra qərarlar qəbul olunub: "Bu gün bu layihənin bütün komponentlərinin həyata keçirilməsini geniş müzakirə etdik. Hazırda bu layihənin bütün komponentlərinin icrası ilə bağlı vəziyyət qaneedici səviyyədədir. Prezident İlham Əliyev də layihənin yerdə qalan hissəsinin icrası ilə bağlı öz tövsiyələrini verib".

Nazir bildirib ki, bu ilin ortalarında ilk qaz Azərbaycandan Türkiyəyə çatdırılacaq: "2020-ci ildə isə Azərbaycan qazı Avropaya çatdırılacaq”. (APA)

Xəbər lenti