Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 1411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Satılan məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələyib.
Ərzaq məhsullarının satışından 1 253,4 milyon manat gəlir, içkilər və tütün məmulatlarının satışından 158 milyon manat, əczaçılıq və tibbi mallarının satışından 37,6 milyon manat, avtomobil yanacağından 161,4 milyon manat gəlir əldə edilib.
Avtomobil yanacağının satışından əldə edilən gəlirlər ötən ilin müvafiq dövrünə nisbətdə 0,9 faiz artıb.