Xəzər Xəbər

Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrinindən biri ləğv edilib

İqtisadiyyat | 15:31 • 9 Fevral 2018
Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrinindən biri ləğv edilib

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrinindən biri ləğv edilib.

Bununla bağlı "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Dövlət Sanitariya Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Dövlət Sanitariya Epidemioloji Xidmətinin bu vəzifəsi ləğv edilir. Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Dövlət sanitariya nəzarəti də artıq qida məhsullarını əhatə etməyəcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti