Xəzər Xəbər

Neftin qiyməti son 2 ayın minimumuna yaxınlaşır

İqtisadiyyat | 12:27 • 8 Fevral 2018
Neftin qiyməti son 2 ayın minimumuna yaxınlaşır

Neftin qiyməti son 2 ayın minimumuna yaxınlaşır.

XəzərXəbər xəbər verir ki, dünya birjalarında neftin qiyməti ABŞ-ın xam neft istehsalının rekord səviyyəyə çatması və bununla əlaqədar olaraq qlobal neft təklifinin tələbatdan çox olacağı narahatlığı fonunda son 2 ayın minimumuna çatıb.

Belə ki, "Light” markalı xam neftin bir barreli ötən il dekabrın 6-dan indiyədək ən aşağı qiymətə satılıb.

Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,43 dollar, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61,69 dollara alıcı axtarır.

Xəbər lenti

Çox oxunanlar