Xəzər Xəbər

AZAL daha 20 ədəd “Boeing 747-8F” alır

İqtisadiyyat | 16:07 • 7 Fevral 2018
AZAL daha 20 ədəd “Boeing 747-8F” alır

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Bakıda səfərdə olan "Cargolux” yük aviaşirkətinin prezidenti və icraçı direktoru Riçard Forsonla görüşüb.

AZAL-ın mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, tərəflər görüşdə əsası 2001-ci ildə "Cargolux” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Hava Limanı və əks istiqamətdə müntəzəm reyslərin yerinə yetirməsi ilə qoyulan yük aviadaşımaları sahəsindəki 17 illik əməkdaşlıqdan razılığını bildiriblər. Aviaşirkətlər arasında əməkdaşlıq 2010-cu ildən 2014-cü ilə kimi "Cargolux” şirkətinin Azərbaycanın "Silk Way Airlines” aviaşirkətinə 3 ədəd "Boeing 747-400F” təyyarəsinin tədarük edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra daha da möhkəmlənib. Hazırda hər iki aviaşirkət arasında əməkdaşlıq həmçinin "Boeing 747” təyyarələrinə texniki xidmət, bu təyyarənin simulyatorunda heyət hazırlığı və s. nəzərdə tutur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti