Xəzər Xəbər

“Bitcoin”nin dəyəri kəskin düşdü – Bu bazarda böhran yaşanacaq

İqtisadiyyat | 17:09 • 6 Fevral 2018
“Bitcoin”nin dəyəri kəskin düşdü

"Bitcoin”in qiyməti bu gün səhər saatlarında 6 017 dollara qədər geriləyib. "Binance.com” kriptovalyuta birjasına istinadən, bu, 2017-ci ilin oktyabrın 29-dan sonra ən minimal həddir. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması da 278 mlrd. dollara qədər geriləyib.

Nəticədə, bitkoin tarixi rekord səviyyəsindən 3,3 dəfə və ya 70%, kriptovalyuta bazarının kapitallaşması isə 554 mlrd. dollar və ya 66% ucuzlaşıb.

"Report”un analitik qrupu bu səviyyələrdən kriptovalyutaların bahalaşmağa başlayacağını, 277 mlrd. dollar kapitallaşma səviyyəsindən aşağı endiyi halda isə kriptovalyuta bazarında böhran yaşanacağını, təşviş başlayacağını proqnozlaşdırır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti