Xəzər Xəbər

Valyuta hərracı bitdi, nəticə açıqlandı

İqtisadiyyat | 12:46 • 6 Fevral 2018
Valyuta hərracı bitdi, nəticə açıqlandı

Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə fevralın 2-ci valyuta hərracı keçirilib.

Bu barədə məlumat XəzərXəbər-ə AMB-dən məlumat daxil olub.

Məlumata görə, 6 fevral 2018-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi sabit qalaraq 1,7001 səviyyəsində formalaşıb. Beləliklə ötən ilin 13 dekabrdan bu tərəfə məzənnə sabit qalıb.

Qeyd edək ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7001 səviyyəaində formalaşmışdı.

Xəbər lenti