Xəzər Xəbər

Dünyanın ən zəngin insanları bir gündə 114 milyard itirdilər

İqtisadiyyat | 12:02 • 6 Fevral 2018
Dünyanın ən zəngin insanları

Fevralın 5-də Amerika bazarlarının rekord həddə çökməsi nəticəsində dünyanın ən zəngin 500 adamı bir gündə 114 milyard dollar itirib.

Bunların arasında ən çox zərər görən Berkshire Hathaway investisiya kompaniyasının yaradıcısı və rəhbəri Uorren Baffetdir. O, varidatına görə, dünyada üçüncüdür. Bloomberg Billionaires Index-ə görə, onun varidatı 5,1 milyard azalıb.

Facebook-un yaradıcısı Mark Zukenberqin varidatı 3,6 milyard dollar azalıb.

Dünyanın ən zəngin insanı – Amazon-un yaradıcısı Ceff Bezos bir gündə 3,3 milyard dollar itirib.

Bundan sonra siyahını Google axtarış qrupunun yaradıcıları Larri Peyc və Serqey Brin davam etdirir. Onlar 2,3 milyard itiriblər.

Qeyd edək ki, fevralın 5-də amerikanın Dow Jones Industrial Average sənaye indeksi 4,6 faiz düşmüşdü. Tarixin ən böyük çöküşü Ağ Evin Amerika iqtisadiyyatının uğurları barədə bəyanatı fonunda baş verib.


Xəbər lenti