Xəzər Xəbər

Bağlanan bankın kreditorlarına müraciət edildi

İqtisadiyyat | 09:54 • 6 Fevral 2018
Bağlanan bankın kreditorlarına müraciət edildi

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin bütün kreditorlarına müraciət edib.

Fonndan XəzərXəbər-ə verilən məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

"Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan "Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti