Xəzər Xəbər

Bu dəmir yolu xətti ilə sərnişin daşıma da həyata keçiriləcək

İqtisadiyyat | 15:35 • 4 Fevral 2018
Bu dəmir yolu xətti ilə sərnişin daşıma da həyata keçiriləcək

Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istismara verildikdə yüklərin daşınması ilə yanaşı, sərnişindaşıma da həyata keçiriləcək.

Xezerxeber.az-a AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Abbas Zamani deyib. Onun sözlərinə görə mart ayının sonunda yol istismara veriləcək və ilk sınaq qatarı İrandan Rusiyanın Sankt-Peterburq şəhərinə yola salınacaq.

Azərbaycandan tranzit keçməklə Sankt-Peterburqa tikinti materialları daşıyan yük qatarı göndəriləcək.

A.Zamani bildirib ki, gələcəkdə sərnişinlər Tehran-Moskva qatarı ilə Astaradan keçməklə Rusiyaya gedə biləcək.

Xəbər lenti