Xəzər Xəbər

İki aviaşirkət Bakıya uçuşlar barədə saziş imzalayıb

İqtisadiyyat | 12:25 • 4 Fevral 2018
İki aviaşirkət Bakıya uçuşlar barədə saziş imzalayıb

Yaponiyanın "Japan Airlines” aviaşirkəti "Qatar Airways” aviaşirkəti ilə Bakıya uçuşlar üçün kod-şerinq barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, kod-şerinq Dohadan Bakıya, eləcə də İstanbul, Ankara, Nayrobi, Amman və digər şəhərlərə uçuşlar üçün tətbiq olunacaq.

Bildirilir ki, saziş 2018-ci ilin aprerlin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, kod-şerinq bir aviareysin iki və ya daha çox aviaşirkət tərəfindən birgə kommersiya istismarı barədə sazişdir.

Xəbər lenti

Çox oxunanlar