Xəzər Xəbər

"Bitkoin" çökdü: itkilər 20 milyard dollardan çoxdur

İqtisadiyyat | 14:51 • 3 Fevral 2018
"Bitkoin" çökdü:

Dünyanın ən məşhur kriptovalyutası olan "Bitkoin" son 5 gündə 34,6 faiz dəyər itirib.


"Bitkoin"in məzənnəsi 8 min dollardan da aşağı düşüb. Bu, "Bitkoin" tarixində 2013-cü ildən bəri ən aşağı göstəricidir.


Həmçinin, son 5 gündə "Bitkoin"in bazar dəyərindəki itkiləri 20 milyardı keçib və 140 milyarddan 88 milyarda düşüb.

Qeyd edək ki, bu ilin əvvəlindən kriptovalyutalar200 milyard dollarlıq bazar dəyərinin 44 milyardını itiriblər. Bazarda ən böyük itkilər isə 2017-ci ilin sentyabrında 6.4 milyard, 2014-cü ilin yanvarında isə 4.4 milıyard dollar olmuşdu.


"Bitkoin" niyə dəyər itirir?


Mütəxəssislər Asiya iqtisadiyyatında "Bitkoin"ə dövlət müdaxiləsinin olmasının, bəzi ölkələrdə kriptovalyuta ilə bağlı qaydaların sərtləşdirilməsinin, təhlükəsizlik, kiberhücumlar və oğurlanma kimi risklərin olmasının "Bitkoin"in dəyərlərinin düşməsinə səbəb olduğunu bildirirlər.



Ötən ay Çin, Cənubi Koreya və Hindistan kriptovalyutalar üçün yeni qanun layihəsinin qəbul ediləcəyini açıqlamışdı. Lakin son iki gündə bitkoinin bu qədər dəyər itirməsinin əsas səbəb Hindistandır. Hindistanın maliyyə naziri Arin Kautlinin kriptovalyutadan istifadənin qadağan olunacağı ilə bağlı açıqlaması başda "Bitkoin" olmaqla digər elektron valyutaların da məzənnəsinə təsir göstərib.


Nazir parlamentdəki çıxışında hökumətin kriptovalyutanı ciddi qəbul etmədiyini və ondan istifadənin qarşısını almaq üçün hər cür tədbirlərin görəcəyini diqqətə çatdırıb./Qaynarinfo

Xəbər lenti