Xəzər Xəbər

Mərkəzi Bank 250 milyon manat cəlb edir

İqtisadiyyat | 09:54 • 3 Fevral 2018
Mərkəzi Bank 250 milyon manat cəlb edir

Fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

XəzərXəbər Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

Xəbər lenti