"Bitcoin”in qiyməti hazırda 8 000 dollardan aşağı düşüb.
Hazırda bitkoin 7 800 dollara satılır. Kriptovalyuta bazarında kəskinləşən satışlar bazarın kapitallaşmasının da 348 mlrd. dollara geriləməsinə səbəb olub.
"Report”un analitik qrupu bazarın kapitallaşmasının 300 mlrd. dollardan aşağı enməyəcəyini və qiymətlərin bu səviyyələrdən tədricən yüksələcəyini ehtimal edir.