Xəzər Xəbər

Türkiyə TIR-ları Azərbaycandan qayıdanda yük tapa bilmir

İqtisadiyyat | 17:30 • 1 Fevral 2018
Türkiyə TIR-ları Azərbaycandan qayıdanda yük tapa bilmir

Türkiyəyə məxsus tranzit yük avtomobillərinin böyük hissəsi ölkəyə boş qayıdır. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Nəqliyyatçılar Birliyinin açıqlamasına görə, ötən il 1 milyon 250 min ixrac məhsulu daşıyan Türkiyə TIR-larının 72 faizi, yəni 905 mini geriyə dönərkən yük tapa bilməyib.


Gürcüstan və Azərbaycan-Naxçıvan daşımalarında xarici avtomobillərin paylarının artması, Türkiyə nömrəli avtomaşınların yerli bazarda azalmasına səbəb olub.


Mənbənin yazdığına görə, əvəzində bu dövrdə Türkiyədən keçən xarici ölkələrə məxsus nəqliyyat vasitələrinin reallaşdırdığı ixracat daşımaları 7 faiz artaraq 335 minə çatıb. Türkiyə qeydiyyat nişanlı nəqliyyat vasitələrinin bazar payı 79 faiz, xarici ölkələrə məxsus nəqliyyat vasitələrinin bazar payı isə 21 faizdir.

Xəbər lenti