Xəzər Xəbər

Gürcüstanda yanacaq ucuzlaşıb

İqtisadiyyat | 14:42 • 31 Yanvar 2018
Gürcüstanda yanacaq ucuzlaşıb

Gürcüstanda benzin və dizel yanacağın qiyməti aşağı düşüb.

APA-nın yerli bürosu Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla xəbər verir ki, yanvar ayında brend yanacaq doldurma məntəqələrində yanacağın qiyməti orta hesabla 2-5 tetri (0,008 – 0,020 dollar) arasında ucuzlaşıb.

Yanacağa olan qiymətin ucuzlaşması milli valyuta olan larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir.

Hazırda qonşu ölkənin YDM-lərində benzinin qiyməti 2,45-2,55 lari (0,98-1,02 dollar), dizelin qiyməti isə 2,25-2,42 lari (0,90-0,96 dollar) təşkil edir.

Xəbər lenti